Azərbaycanlı rəssam Tahir Şıxəliyevin internet saytı fəaliyyətə başlayıb

Azərbaycanlı rəssam Tahir Şıxəliyevin internet saytı fəaliyyətə başlayıb

1686402490_photo_5199755737075665334_y.jpg

Bu gün Azərbaycanlı rəssam, Rəssamlar İttifaqının üzvü Tahir Şıxəliyevin tahir-shikhaliyev.com internet saytı fəaliyyətə başladı.  

Bizim.Media xəbər verir ki, sözügedən saytda rəssamın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verilib, müəllifi olduğu rəsmlərin bir qismi paylaşılıb.  

Onu da vurğulayaq ki, Tahir Şıxəliyev rəssamlıq üzrə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasına qəbul olaraq təhsilini Gürcüstanda davam etdirib. 
İstiqaməti rəngkarlıq və qrafikadır. Rəssamlar İttifaqının üzvüdür, əsərləri Türkiyə, ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Belarus və Rumıniya kimi ölkələrin şəxsi kolleksiyalarında saxlanılır. 

Tahir müəllim bildirib ki, incəsənəti insanlara sevdirmək, eyni zamanda Azərbaycanı və doğma şəhəri olan Bakını bütün dünyaya rəsmləri və sənəti ilə tanıtmaq onun üçün olduqca önəmlidir.

Nəzərinizə çatdıraq ki, iyun ayının 20 və 21 tarixlərində Tahir Şıxəliyevin yaradıcılığına həsr edilmiş sərginin keçirilməsi də planlaşdırılır.

Azərbaycanlı rəssamı təbrik edir, ona yeni nailiyyətlər arzulayırıq!