İçərişəhərdə Rəssamlar İttifaqının üzvü, Azərbaycanlı rəssam Tahir Şıxəliyevin yaradıcılıq fəaliyyətinə həsr olunmuş rəsm sərgisi keçirildi.
“Yaşamaq, yaratmaq və yeniliklərə açıq olmaq gözəldir” fikri ilə yaşayıb, yaradan rəssamın müxtəlif illərdə çəkdiyi “Zamanın naxışları”, “Adadan”, “Axşam əhval-ruhiyyəsi”, “Ürəkdən gələn çiçəklər” və digər əl işləri sərgiləndi.
Rəngkarlıq və qrafika üslubunda şəkillər çəkən T. Şıxaliyev bir çox rəsmləri Azərbaycana və doğulub, boya-başa çatdığı doğma Bakıya həsr olunub. Kətan üzərində Azərbaycanın təbiətini, çiçəklərin gözəlliyini və təbiiliyini əlvan rəng çalarları ilə vurğulayan rəssamın hələ erkən yaşlarından incəsənətə, xüsusilə də rəsmə böyük marağı olub.
Tahir Şıxaliyev rəssamlıq üzrə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, sonra Tbilisi Dövlət Rəssamlıq Akademiyasına qəbul olub.
İstiqaməti, əsasən rəngkarlıq və qrafika üslubunda olan rəssam T. Şıxaliyevin əsərləri Rusiya, Gürcüstan, Belarus, Türkiyə, Almaniya, ABŞ və Rumıniya kimi ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.