Bu ifadəni çox sevirəm: "Güllər də insanlar kimi nəvazişə səxavətlidir və insanlara zəriflik bəxş edərək, kiçik odlar kimi ürəkləri isitmək üçün çiçək açır".
Bəzən hansısa kiçik bitkiyə baxırsan və anlayırsan ki, ölçüsündən və rəngindən asılı olmayaraq, o sadəcə gözəldir; xoş duyğular bəxş edir və gözəlliyi ilə könlümüzü xoş edər.
Təbiət məni çox ilhamlandırır və mən aldığım bu ruh yüksəkliyini rəsmlərim vasitəsilə çatdırmağa çalışıram.
Əsərimin adı "Ürəkdən gələn çiçəklər".
Mart sadəcə heyrətamizdir!
Təbiət qış yuxusundan oyanır və qarşıda bizi günəşli, quşların cikkiltisi və gözəl çiçəklərlə dolu günlər gözləyir.
Bu rəsm 40x40 ölçüdədir və “Mart” adlanır.
Çoxdan gözlənilən sevimli mövsüm, xoş gəldin!
Heç kim üçün sirr deyil ki, yayda insan daha xoşbəxt və sakit olur. Günəş zehni fəaliyyətimizi aktivləşdirir, daha yaradıcı oluruq.
İsti yay küləyini, quşların nəğməsini və çiçəklənən bitkilərin ecazkar ətirini hiss edərək işləmək mənim üçün çox xoşdur.
Əsərim "Yay", il - 2016.
Kətan. Yağlı boya.