Bu rəsmi 2017-ci ildə Parisdən qayıdanda çəkmişəm.
Möhtəşəm şəhər, gözəl binalar və maraqlı memarlıq abidələri.
Belə gözəl yerləri uzun müddət yaddaşımda saxlamaq istəyirəm və bu işdə sənətim mənə kömək edir.
“Qarabasmalar” adlı rəsmimi 2013-cü ildə İstanbuldan qayıdandan sonra çəkmişəm. O hadisədən 10 il keçsə də, amma baş verən hər şeyi dünənki kimi xatırlayıram.
Xəstəliklər, çətinliklər, mənfi hadisələr - bütün bunlar həyata olan sevgi və marağı öldürə və ya tam əksi - yüksəldə bilər. Mən ikincini seçirəm! Hər kəsə xoş günlər və sağlamlıq arzu edirəm.
Tbilisi təzadlar şəhəridir. Paytaxt olsa da, burada hər şey fərqlidir; insanlar tələsmir, bir növ sakitlik və harmoniya var, qədim şəhər keçmiş və müasirliyi çox məharətlə birləşdirir.
Bu şəhər mənim üçün çox əzizdir, çünki mən burada yaşayıb təhsil almışam. Tbilisi öz sakinləri ilə tam harmoniyada yaşayır; bu şəhərdə adət-ənənələrini sevən və qiymətləndirən gözəl insanlar var. Onlar mahnı oxuyur, rəqs edir, rəsm çəkir, şeir oxuyur və möhtəşəm yeməklər bişirirlər! Ən əsası isə - bütün bunları ürəklə və ürəkdən edirlər! Gürcüstan yaradıcı insanlar üçün mükəmməl ölkədir; burada sənətə tamamilə təslim olmaq istəyirsən.
Əsərimin adı “Tbilisi haqqında”. Başlanğıc ili 2014, bu günə qədər davam edirəm. Ölçüsü: 150x150 sm.