Doğma və sevimli şəhərim - Bakım məni hər gün ilhamlandırır.
Bu şəhərin rəsmini çəkməkdən yorulmursan; hər dəfə gözəl küçələrdə gəzərkən yeni və maraqlı, mütləq yadda saxlamaq və qələmə almaq istədiyim nələrsə görürəm.
"Dənizkənarı şəhər" rəsmi, ölçü: 40x40.
“Şüvəlana gedən yol” eskizimdə Bakıətrafı qəsəbələrin gözəlliyini göstərməyə çalışmışam.
Mənim üçün bu küçələr, döngələr keçmişimin əks-sədası, qayğısız uşaqlığımın xatirələridir.
Xəzər dənizinin sahili özündə o qədər gözəl anları gizlədib ki, biz isə onları qorumağa və üzümüzdə təbəssümlə xatırlamağa çalışmalıyıq.
Milli dəyərlərimiz və mədəni irsimiz prizmasından doğma şəhərim.
Bilirdinizmi ki, buta sadəcə iti və əyri ucu olan badam şəkilli naxış deyil? Bu ornamentin mənşəyinə dair bir çox versiyalar var.
Bakının gerbində "buta" naxışı - damcı şəklində üç alov dili kimi təsvir edilmişdir. Şəhərimiz uzun müddət dünyanın ən qədim dinlərindən birinin - zərdüştiliyin mənəvi mərkəzi olmuşdur, burada buta həyat və əbədiyyət rəmzi sayılırdı.
Mən Bakını həm də ona görə sevirəm ki, burada yerli kolorit çox güclü hiss olunur; bu şəhər ənənə və müasirliyi, şərqlə qərbi inanılmaz məharətlə birləşdirir.
Gözəl memarlığımız isə heç bir sənət bilicisini laqeyd saxlamır.
Rəsmim "Saray", 2022 il.